“Qəbələ”-“Sent-Etyen” matçı ilə əlaqədar Bakı metrosunun iş qrafikinə dəyişiklik edilib
Noyabrın 3-də UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində IV turun görüşləri oynanılacaq.

Bu gün Bakı metrosunun iş qrafiki gecə saat 01:00-dək uzadılıb. Bu addım “Qəbələ” futbol klubunun rəhbərliyinin “Bakı Metropoliteni” QSC-yə müvafiq müraciətindən sonra atılıb.

Xatırladaq ki, bu axşam “Qəbələ” UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində 8-ci km stadionunda Fransanın “Sent-Etyen” komandasını qəbul edəcək. Matç saat 22:00-da start götürəcək.

Xəbər 713 dəfə oxundu.