“Azərreyl” dördlərin finalından kənarda qaldı | |
Bakının qadınlardan ibarət “Azerreyl” voleybol klubu çempionlar liqasının dörddə bir finalında Kazanın «Dinamo» komandası ilə ikinci oyununu 3:0 hesablı qələbə ilə başa vursa da, komandamız dördlərin finalından kənarda qalıb. Kazanda keçən ilk oyunda 1:3 hesabı ilə məğlub olan dəmiryolçular fevralın 28-də öz meydançalarındakı cavab görüşündə mütləq qalib gəlməli idilər. Məhz bu halda növbəti mərhələyə keçid şansını «qızıl set» verməli idi. Qızlarımız minimum proqrammı yerinə yetirdilər – 3:0 hesablı qələbəyə nail oldular. Amma «qızıl set»də qonaqlar elə ilk dəqiqələrdən üstünlüyü ələ alaraq, seti qələbə ilə başa vurdular. Çempionlar liqasında ikinci təmsilçimiz “Rabitə”nin vəziyyəti isə daha acınacaqlıdır. Bu gün rabitəçilər İstanbulda «Fərənbağça» ilə qarşılaşacaqlar. Öz meydançasında ilk oyunda məğlub olan komandamız növbəti mərhələyə keçmək üçün mütləq qələbə qazanmalı, sonra isə «qızıl set»i udmalıdır. |
|
Xəbər 974 dəfə oxundu. |
|
|