Qarabağ minimal hesabla qalib gəldi | |
Oktyabrın 29-da Azərbaycan Premyer Liqasında X turun növbəti görüşü oynanılıb. Günün son oyunu Şüvəlanda keçirilib. AZAL sonuncu ölkə çempionu “Qarabağ”la qarşılaşıb. Birinci hissədə qapılara qol vurulmayıb. İkinci hissədə oyuna daha fəal başlayan qonaqlar 63-cü dəqiqədə hesabı açmağa müvəffəq olublar. AZAL-ın qapısından topu Muarem Muarem keçirib. Bu, görüşdə vurulan yeganə qol olub və oyun 1:0 hesabı ilə Qurban Qurbanovun yetirmələrinin qələbəsilə yekunlaşıb. Beləliklə, xallarının sayını 22-yə yüksəldən “Qarabağ” turnir cədvəlinin ikinci pilləsində möhkəmlənib. AZAL isə 3 xalla sonuncu yerdədir. Ölkə çempionatının X turuna oktyabrın 30-da “Zirə” – “Kəpəz” və “İnter” – “Sumqayıt” qarşılaşmaları ilə yekun vurulacaq. |
|
Xəbər 804 dəfə oxundu. |
|
|