PFL ayın ən yaxşı qolunun müəllifini mükafatlandırdı
Peşəkar Futbol Liqasının layihəsi olan “I Divizionda ayın ən yaxşı qolu” nominasiyasında ilk qalib müəyyənləşdi. Jurnalistlər və azarkeşlər arasında keçirilən sorğunun nəticəsinə əsasən, “Şəmkir”in futbolçusu Qeyrət Qənbərovun “Zaqatala”nın qapısından keçirdiyi top sentyabr ayının ən yaxşı qolu seçildi.

Pul mükafatını (500 AZN) və xüsusi hədiyyəni bu gün keçirilən “Şəmkir” – MOİK oyunundan öncə Peşəkar Futbol Liqasının Texniki İdman Departamentinin rəisi Zamiq Hüseynov təqdim etdi. Öz növbəsində Şəmkir Rayon İcra Hakimiyyəti də fərqlənmiş oyunçunu mükafatlandırdı. Futbolçu hədiyyəni icra başçısı Alimpaşa Məmmədovun adından I müavin Qüdrət Əliyevdən aldı.

Qeyd edək ki, PFL bu oyuna jurnalistlərin səfərini də təşkil edib.

Xəbər 859 dəfə oxundu.