Karate üzrə hakimlər və məşqçilər yeni lisenziyalara sahib olublar | |
Avstriyanın Lints şəhərində 23-cü dünya çempionatı ərəfəsində azərbaycanlı beynəlxalq dərəcəli hakimlər Dünya Karate Federasiyası (WKF) Hakimlər Komitəsinin təşkil etdiyi növbəti kurslara və imtahanlara qatılıblar. Vüqar Kərimov, Anar Allahverdiyev və Nərgiz Mehdiyeva imtahanlardan uğurla keçərək dərəcələrini artırıblar. Yusif Məmmədov isə lisenziyasının müddətini uzadıb. Onlardan başqa, milli komandanın məşqçilərindən Oqtay Məmmədov, Seymur Hüseynov və Rəşad Hüseynov WKF-nin Məşqçilər Komitəsinin kurslarında iştirak ediblər. Ardından imtahan verən məşqçilərimiz beynəlxalq lisenziyalara sahib olublar. |
|
Xəbər 710 dəfə oxundu. |
|
|