Hansı baş məşqçilərimiz Dubaya getdilər? | |
Unibank Premyer Liqasında çıxış edən bir sıra klubların baş məşqçiləri Birləşmiş Ərəb Əmirliklərinə yollanıblar. İdman.com.az saytının məlumatına görə, türkiyəli Cüneyd Biçər (“Xəzər Lənkəran”), almaniyalı Bernard Raab (“Sumqayıt”), Rafiq Mirzəyev (AzAL), Fuad İsmayılov (“Kəpəz”) artıq Dubaydadır. Onlar millimizin axşam məşqini, fevralın 27-də Sinqapur, 29-da Fələstin yığması ilə yoldaşlıq görüşünü izləyəcək. Qeyd edək ki, AFFA Premyer Liqamızdakı 12 klubun hamısının çalışdırıcısını Dubaya dəvət etsə də, onlardan bəziləri müxtəlif səbəblərdən bu hazırlığa qatılmayıb. |
|
Xəbər 1218 dəfə oxundu. |
|
|