RAGB komandası mini futbol üzrə yarışların gümüş mükafatını qazanıb | |
Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) komandası Ümumrusiya Millətlərarası Gənclər İttifaqı kubokunda mini futbol üzrə yarışların gümüş mükafatını əldə edib. Ümumrusiya Millətlərarası Gənclər İttifaqının Moskva hökumətinin dəstəyi ilə təşkil etdiyi altıncı millətlərarası mini futbol turniri Rusiyanın paytaxtında keçirilib. Yarışlarda müxtəlif etnik qrupları, habelə Fransa, Almaniya, Avstriya və Finlandiyanı təmsil edən 16 komanda iştirak edib. Bu yarışa ilk dəfə qatılan RAGB komandası parlaq və gözəl oyun nümayiş etdirərək ardıcıl beş qələbə qazanıb. Ən yaxşı qapıçı kuboku RAGB komandasının qolkiperinə təqdim edilib. Komandanın hər bir oyunçusu qələbəyə özünəməxsus töhfə verib. AZƏRTAC |
|
Xəbər 664 dəfə oxundu. |
|
|