Azərbaycan idmançısı qraplinq üzrə dünya çempionatında bürünc medal qazanıb
Belarusun paytaxtı Minskdə qraplinq üzrə dünya çempionatı başa çatıb.

Yarışda 700-dək idmançı qalib adı uğrunda mübarizə aparıb.

“Neftçi İdman Klubu”nun yığma komandanın heyətində təmsil olunan yetirməsi, 84 kiloqram çəki dərəcəsində çıxış edən Hacımurad Purtiyev yarışda böyük əzmkarlıq nümayiş etdirib və dünya çempionatının bürünc medalını qazanıb.

Xəbər 759 dəfə oxundu.