Qəbələ məşqləri bərpa etdi | |
“Qəbələ” məşqləri bərpa edib. Topaz Premyer Liqasının oktyabrın 2-də keçirilən “Qarabağ”la ev oyunundan (2:0) sonra 4 günlük istirahətə buraxılan “qırmızı-qaralar” ötən gün Qəbələ şəhər stadionunda bir araya gəlib. Günün ikinci yarısında baş tutan məşq prosesi fiziki hazırlıqdan ibarət olub. Məşqdə yalnız milli komandaların düşərgəsində olan futbolçular iştirak etməyib. Baş məşqçi Roman Qriqorçuk məşqlərə əvəzedici heyətin iki futbolçusunu da cəlb edib. Belə ki, 19 yaşlı yarımmüdafiəçi Tural Məmmərzayev və 18 yaşlı müdafiəçi Xəyal Əmirli də əsas komanda ilə məşq edib. “Qırmızı-qaralar” bu gün növbəti məşqini reallaşdıracaq. Komanda meydanda toplu çalışmalarla məşq edəcək. |
|
Xəbər 867 dəfə oxundu. |
|
|