Beynəlxaq yarışlarda uğur qazanan cüdoçularımızın mükafatlandırma mərasimi keçirildi | |
Azərbaycan Cüdo Federasiyasına yeni rəhbərliyin gəlişindən sonra bu idman növünün ölkəmizda daha da populyarlaşması üçün yeni prioritet istiqamətlər müəyyənləşdi. Federasiyanın 10 sentyabr 2015-ci ildə keçirilmiş Konfransı cüdo tariximizin yeni səhifəsi oldu. Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayevin sədrliyi ilə keçirilən konfrasda İcraiyyə Komitəsinin yeni tərkibdə seçilməsi, Nizamnaməyə zəruri dəyişikliklərin edilərək qəbul olunması, Olimpiya Oyunları öncəsi gücləndirilmiş xüsusi fəaliyyət proqramının təsdiqi gələcək böyük uğurlarımızın təməlini qoydu. Bu gün Azərbaycan Cüdo Federasiyasında olimpiya oyunları, paralpiyada və Avropa çempionatlarında uğur qazanan böyüklər, gənclər və yeniyetmələrdən ibarət milli komandalarımızın üzvlərinin mükafatlandırma mərasimi keçirilib. Görüşdə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidentləri Mikayıl İsmayılov, Sadıq Sadıqov, Elnur Məmmədli, icraiyyə komitəsinin üzvləri, idmançılar və məşqçilər, cüdo ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev Prezident İlham Əliyevin ölkəmizdə hər zaman olimpiya hərəkatı və idmanın inkişafına diqqət və qayğı göstərildiyini xüsusi vurğulayıb. Rövnəq Abdullayev beynəlxalq yarışlarda qazanılan uğurlarda cüdoçularımızın da payının olduğunu qeyd edib. Bu nailiyyətlərin gələcək çempionatlarda Avropa , dünya birinciliklərində və Tokiyo olimpiadasında davam etdiriləcəyinə ümidvar olduğunu söyləyib. Sonra Azərbaycan Cüdo Federasiyasının mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Elnur Əşrəfoğlu son bir ildə əldə olunan nailiyyətlər və görülən işlər barədə məlumat verib. Bildirilib ki, bu müddət ərzində cüdoçularımız iştirak etdikləri 41 beynəlxalq səviyyəli yarışdan 150 medal qazanıblar. Bunlardan 50-si qızıl, 29-u gümüş və 71-i bürünc medaldır. Milli komandamızın cüdoçuları Braziliya, Rusiya, İspaniya, Finlandiya, Argentina, Kuba, Yaponiya, Koreya, Çin Xalq Respublikası, Monqolustan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İtaliya və digər ölkələrdə keçirilən ən mötəbər yarışlarda parlaq qələbər qazandıqları vurğulandı. Ötən bu müddət ərzində respublika, regional və şəhər miqyaslı çempionat və birinciliklər də yüksək təşkilatçılıq səviyyəsi, iştirakçıların rekord sayı ilə yaddaqalan olub. 2016-cı ilin may ayında Bakıda keçirilən ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunan cüdo üzrə “Böyük Dəbilqə” turniri ən yüksək səviyyədə təşkil olunub. Bu fakt Beynəlxal Cüdo Federasiyasından daxil olmuş ekspertlər qrupunun yekun hesabat protokolunda da öz əksini tapıb. Görüşdə Beynəlxalq Cüdo Federasiyasının Braziliyanın Rio de Janeyro şəhərində keçirdiyi konqresdə 2018-ci il dünya çempionatının Bakı şəhərində keçirilməsi barədə qərar qəbul etdiyini və bu barədə müvafiq sazişin yaxın zamanda imzalanma mərasimi baş tutacağı faktı da xüsusi qeyd olunub. Əlbətdəki, belə bir mötəbər yarışın ölkəmizə həvalə olunması Azərbaycan Cüdo Federasiyasının yüksək təşkilatçılığının və idmançılarımızın son vaxtlar əldə etdikləri zəfərlərin göstəricisidir. Daha sonra Rövnəq Abdullayev beynəlxalq yarışlarda medallar qazanan idmançılarımız, onların şəxsi məşqçiləri və milli komandanın məşqçisi və texniki heyətinin üzvlərinə pul mükafatları, qiymətli hədiyyələri təqdim edib. Rio olmpiya oyunlarının mükafatçıları Rüstəm Orucov və Elmar Qasımov cüdo kimanosunu Rövnəq Abdullayevə təqdim ediblər. Sonda Azərbaycan Cüdo Federsiyasının prezidenti idmaçılamıza gələcək yarışlarda uğurlar arzulayıb və onlarla xatirə şəkili çəkdirib |
|
Xəbər 958 dəfə oxundu. |
|
|