FIFA referisi Elçin Səmədli yeni beynəlxalq təyinat alıb | |
Futzal üzrə FIFA referisi Elçin Səmədli yeni beynəlxalq təyinat alıb. E.Səmədli futzal üzrə UEFA kubokunun əsas seçmə mərhələsinin 4-cü qrupunda keçiriləcək oyunlarda iştirak edəcək. Belarusun “Lidselmaş”, Yunanıstanın “Athina-90”, Serbiyanın “Ekonomac” və Xorvatiyanın “Nacional” komandasının mübarizə aparacağı bu qrupun oyunları oktyabrın 12-dən 15-dək Serbiyada keçiriləcək. |
|
Xəbər 680 dəfə oxundu. |
|
|