Nazir Azad Rəhimov gənclər və idman nazirlərinin 3-cü sessiyasına qatılır | |
Gənclər və idman naziri Azad Rəhimov 6 oktyabr tarixindən İstanbulda öz işinə başlayan gənclər və idman nazirlərinin 3-cü sessiyasında iştirak etmək üçün Türkiyədə rəsmi səfərdədir. Sessiyada gənclər və idman sahələrindəki problemlərin həll yollarının tapılması, ölkələrimizin idman nailiyyətlərinin, idman fəaliyyətinin artırılması, ictimaiyyətin idmana marağının yönləndirilməsi və gənclərin idman sahəsində potensiallarının gücləndirilməsi üçün müzakirələrin aparılması nəzərdə tutulur. Bu gün nazir Azad Rəhimov iclasda gənclər və idman sahələri istiqamətində ölkəmizdə həyata keçirilən siyasət haqqında geniş məlumat verib. Azad Rəhimov: “18 oktyabr tarixdə Müstəqilliyimizin 25 illiyini qeyd edəcək gənc Azərbaycanın ölkə əhalisinin 2/3 hissəni 30 yaşdan aşağı gənclər təşkil edir. Gənclər sahəsində bu günə qədər 2005-2015-ci illəri (2005-2009 və 2011-2015-ci illər) əhatə etmiş “Azərbaycan Gəncliyi Dövlət Proqramı” həyata keçirilmiş, 20-dən artıq proqramı özündə cəmləşdirən və ilk dəfə olaraq 10 ili əhatə edən “2015-2025-ci illər üzrə Azərbaycan Gənclərinin inkişaf strategiyası” imzalanmışdır. “ Nazir çıxışı zamanı ölkədə 320 QHT-nin müxtəlif istiqamətlərdə fəaliyyət göstərməsi, 39 Gənclər evinin mövcudluğu və ümümilikdə gənclər sahəsini əhatə edən bir sıra layihələr haqda məlumat verib. İdman sahəsi haqqında da geniş informasiya verən Azad Rəhimov ilk olaraq son XXXI Rio Yay Olimpiya oyunlarında Azərbaycan idmançılarının qazandığı uğurlara toxunaraq, idmançılarımızın vətənə 18 medalla qayıtmasını, bununla da, medal sayına görə Avropada 7-ci, İslam ölkələri arasında 1-ci, MDB-də 2-ci yerdə olduğumuzu diqqətə çatdırıb. Azad Rəhimov: “ Azərbaycan daim beynəlxalq səviyyəli idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edərək, dünyada idman ölkəsi olaraq böyük nüfuz qazanıb. Məhz 2015 ilk Avropa oyunları, Formula 1 Grand Prix turniri və 2017-ci ildə rellaşacaq IV İslam Həmrəyliyi oyunları qeyd olunanların bariz nümunəsidir.” Nazir çıxışı əsnasında nazir IV İslam Həmrəyliyi oyunlarına geniş şəkildə toxunaraq, ətraflı məlumatı iştirakçıların diqqətə çatdırıb və oyunlarla bağlı iştirakçılara daha ətraflı məlumatın verilməsi üçün video çarx nümayiş olunub. Bununla yanaşı, Azad Rəhimov iclasda müzakirə olunan mövzularla bağlı da rəy bildirib, fikir mübadiləsi aparıb . İslam Sammiti Konfransının 13-cü sessiyası sonrası baş tutacaq gənclər və idman nazirlərinin Konfransında həmçinin “İƏT 2025 Fəaliyyət Planı”ndakı gənclər və idman sahəsi ilə bağlı prinsip və məqsədlərə nail olmaq üçün effektiv strategiyaların həyata keçirilməsi ilə bağlı müzakirələrin də aparılması planlaşdırılır. İclasda Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ İKGF) Gənclər Fəaliyyəti , o cümlədən İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) İdman Fəaliyyəti haqqında hesabatı, İslam Əməkdaşlıq Təşkilatının gənclər strategiyası və birgə gənclər siyasəti, həmçinin idman strategiyası ilə bağlı təqdimatların keçirilməsi nəzərdə tutulub. Konfransda İƏT Gənclər Strategiyası, İƏT Idman Strategiyası, Gənclər üzrə qətnamələr, İdman məsələləri üzrə qətnamələr , Konfransın yekun hesabatı, İstanbul Bəyannaməsi, növbəti konfransın yeri və vaxtı ilə bağlı yekun sənədlər qəbul olunacaq. Qeyd edək ki, gənclər və idman nazirlərinin 3-cü sessiyası İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirləri Şurasının 42-ci sessiyasına (Küveyt , 27-28 may, 2015-ci il) və gənclər və idman nazirlərinin İslam Konfransının 2-ci sessiyasının (Ciddə, 17-18 mart, 2014-cü il) qərarlarına əsasən keçirilir. Məlumat üçün bildirək ki, nümayəndə heyətinin tərkibinə Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və Gənclər və idman nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov da daxildir. |
|
Xəbər 1422 dəfə oxundu. |
|
|