Azərbaycanın U-19 komandası Avstriya yığması ilə qarşılaşıb
On doqquz yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması ilk oyununu keçirib.

Millimiz Litvanın Marijampole stadionunda Avstriya komandası ilə qarşılaşıb. Oyun 4:1 hesabı ilə avstriyalı futbolçuların xeyrinə başa çatıb. Yığmamızın heyətində Anton Krivotçuk fərqlənib.

Millimiz növbəti oyununu oktyabrın 6-da saat 15.00-da Bosniya və Herseqovina yığmasına qarşı keçirəcək.

Xəbər 834 dəfə oxundu.