Bakının ABU həndbol komandası Belçikanın “Femina Vize” klubu ilə qarşılaşacaq
Bakının qadın həndbolçulardan ibarət ABU klubunun “Çelenc cup” turnirinin yeni mövsümündə ilk oyunlarının tarixi dəqiqləşib.

Üçüncü raunddan mübarizəyə başlayacaq avrokuboklardakı yeganə təmsilçimiz Belçikanın “Femina Vize” klubu ilə hər 2 görüşünü Bakıda keçirəcək.

Artıq bu barədə qarşılıqlı razılıq əldə edilib. Belə ki, komandalar arasında ilk matç noyabrın 12-də olacaq. “Femina Vize”nin nominal ev sahibi olacağı qarşılaşma saat 17:00-da başlayacaq. Ertəsi gün eyni saatda ikinci oyun təşkil olunacaq.

Görüşlər “ABU Arena”da keçiriləcək.

Xəbər 728 dəfə oxundu.