Kəpəz Qarabağla oyunun hazırlığına başladı
Topaz Premyer Liqasının 6-cı turunda Gəncədə “Qarabağ”ı qəbul edəcək “Kəpəz” sentyabrın 20-dən qarşıdakı oyunun hazırlığına start verib. “Sumqayıt”la matçdan sonra bir gün istirahət edən komanda Bakıda hazırlıq keçir.

Dünən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında məşq edən “sarı-göylər” bu gündən başlayaraq sabah və birisi gün “Bakı”nın bazasında məşq edəcək. Məşq proseslərinin başlama vaxtı saat 11:00-dır.

Xəbər 785 dəfə oxundu.