Bakının “Azəryol” klubu daha iki voleybolçu ilə müqavilə imzalayıb
Bakının “Azəryol” klubu daha 2 voleybolçu ilə müqavilə imzalayıb.

Bakı təmsilçisi yığmamızın gənc üzvləri Kseniya Pavlenko və Leyla Parşkova ilə güclənib.

On səkkiz yaşlı libero ilə müqavilənin müddəti 1 illiyə artırıldığı halda, 23 yaşlı Pavlenko “Azərreyl-2”dən transfer olunub. Blokçu 2016/2017-ci il mövsümündə bu komandanın uğurları üçün çalışacaq.

Qeyd edək ki, “Azəryol” bu oyunçulardan öncə “Telekom”dan Kristina Yaqubovanı icarəyə götürdüyü halda, Anita Bredislə müqaviləni artırıb.

Xəbər 788 dəfə oxundu.