Azərbaycanın gənclərdən ibarət taekvondo yığması Rusiyadakı turnirdə 15 idmançı ilə təmsil olunacaq
Sentyabrın 22-25-də Rusiyanın Taekvondo Birliyi və İdman Nazirliyi tərəfindən Moskvada açıq birincilik keçiriləcək.

Beynəlxalq “Russian Open” turnirində gənclərdən ibarət Azərbaycan yığma komandasının taekvondoçuları da qüvvələrini sınayacaqlar.

Altıncı “G2” dərəcəli yarışda millimiz 15 taekvondoçu ilə təmsil olunacaq. Baş məşqçi Mamed Abdullayev və böyük məşqçi Zahid Məmmədov dünya birinciliyindən əvvəl oğlanlardan Murad Muradov (46 kq), Ayaz Qəmbərli və Bəhruz Quluzadə, Cavid Məmmədov (hər üçün 48 kiloqram), Əli İsazadə (51 kq), Qaşım Maqomedov (55), Nurlan Fətəliyev (59 kq), Nicat Musayev (63 kq), Əliəsgər Əliyev (68 kq), Mert Çiçek (73 kq) və Fərhan Məmmədliyə (78 kq) şans verəcək.

Qızlardan isə Mehriban Məmmədova (42 kq), Aliyə Zeynalova (44 kq), Nərgiz Mirzəyeva, Mirvari Qəmbərli (hər ikisi 46 kiloqram), Leyla Məmmədova, Diana Haçıəliyeva (hər ikisi 49 kiloqram) və Şəms İsayeva (52 kq) mükafatlar uğrunda mübarizə aparacaq.

Respublikamızda fəaliyyət göstərən bir neçə taekvondo klubunun yetirmələri də bu yarışda dayanq üzərinə çıxacaqlar. Milli komandamız sentyabrın 26-da Vətənə qayıdacaq.

Xəbər 861 dəfə oxundu.