FIDE-nin Bakıda keçirilən 87-ci Konqresində hakimlər mükafatlandırılıb | |
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Bakıda keçirilən 87-ci Konqresində əvvəlcədən elan olunduğu kimi 9 nominasiya üzrə hakimlərə mükafatlar təqdim edilib. P.Drepaniotis (Yunanıstan), Y.Lobanov (Rusiya), F.Həsənov (Azərbaycan), V.Kamesvaran (Hindistan), G.Geurt (Hollandiya), Y.Meliksey Bet (Gürcüstan), J.Vega (Qvatemala), D.Velç (İngiltərə), B.Jariç (Serbiya) ötən bir il müddətində şahmatın inkişafında göstərdikləri xidmətlərə görə təltif olunublar. Mükafatları FIDE Hakimlər Komissiyasının rəhbəri Takis Nikolopoulos təqdim edib. |
|
Xəbər 692 dəfə oxundu. |
|
|