Paralimpiyaçımız Kənan Abdullaxanlı bürünc medalı uğrunda özbək cüdoçu ilə güləşib
Cüdoçumuz Kənan Abdullaxanlı iranlı rəqibi Alizadeh Hamedi məğlub edərək bürünc medal uğrunda görüşdə iştirak etmək hüququ qazanıb. İdmançımız bu mərhələdə özbəkistanlı Şirin Şaripov ilə qarşılaşıb və məğlub olub.

xxx

Dörddəbir finalda cənubi koreyalı Çoi Qvanqqeu ilə qarşılaşan cüdoçumuz Kənan Abdullaxanlı (100 kq) məğlub olub.

xxx

100 kiloqram çəki dərəcəsində mübarizəyə qoşulan Azərbaycan cüdoçusu Kənan Abdullaxanlı tatami üzərinə çıxıb. Onun səkkizdəbir finalda rəqibi ukraynalı Oleksandr Pominov olub. İdmançımız rəqibini böyük üstünlüklə məğlub edərək dörddəbir finala yüksəlib.

Xəbər 1334 dəfə oxundu.