Gənclər və idman naziri İsmayıllıda vətəndaşları qəbul edəcək
Gənclər və idman naziri Azad Rəhimov sentyabrın 16-da İsmayıllı rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda, Şəki, İsmayıllı, Balakən, Oğuz, Qax, Qəbələ, Zaqatala şəhər və rayon sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (İsmayıllı şəhəri Heydər Əliyev prospekti 57, RİH-nin yaxınlığı )başlanacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayon(şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Xəbər 1434 dəfə oxundu.