Gənclər və idman naziri Birləşmiş Ərəb Əmirliklərinin Şahmat Federasiyasının rəsmisi ilə görüşüb | |
Gənclər və İdman naziri Azad Rəhimov Bakı Kristal Zalında Birləşmiş Ərəb Əmirliklərinin Şahmat Federasiyasının rəsmisi Rəşid Musabah Bin Keşaişlə görüşüb. 42-ci Ümumdünya Şahmat Olimpiadası haqda danışan qonaq turnirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. Həm qonaqlar, həm də iştirakçılar üçün lazımi şəraitin yaradıldığını bildirən Rəşid Musabah Bin Keşaiş Bakıda olmaqdan məmnun olduğunu söyləyib. Qeyd edək ki, sentyabrın 11-də Bakıda FİDE-nin Baş Assambleyasının növbəti iclası öz işinə başlayacaq. Tədbirdə dünyanın 183 ölkəsinin şahmat federasiyalarının rəsmi nümayəndələri iştirak edəcək. |
|
Xəbər 1112 dəfə oxundu. |
|
|