Ərdoğan «Beşikdaş»ın başqanlığına iddiasını rəsmən açıqladı
«Beşikdaş» klubunun prezidenti İldırım Dəmirörənin Türkiyə Futbol Federasiyasının rəhbər postuna namizədliyindən sonra, onun «ağ-qaralar»da xələfinin kim olacağı hamıda böyük maraq doğurur. İdman.com.az saytının məlumatına görə, namizədlər arasında qonşu dövlətin tanınmış iş adamları var. Bunlardan biri həmyerlimiz Mübariz Mənsimovdur.

Onun başğanlığa ən şanslı olduğu ehtimal edildiyi bir halda, klubun sabiq prezidenti Ləvənd Ərdoğan baş kürsüyə rəsmən namizədliyini elan edib. O, ölkə mətbuatına verdiyi açıqlamada bunları deyib: ««Beşikdaş»ın 109 illik tarixi var. Belə həssas məqamda hamımız bir ayaya gəlməli, doğru qərarlar verməliyik. Komandanı daha yüksək yerlərə daşımaq üçün əlimdən gələdi edəcəm. Bunun üçün, yaxşı idarə heyəti formalaşdıracam».

Xəbər 1037 dəfə oxundu.