İdmançılarımız Beynəlxalq Cüdo Federasiyasının yeni reytinq cədvəlində liderliklərini qoruyublar | |
Beynəlxalq Cüdo Federasiyası sentyabr ayı üçün yeni reytinq cədvəlini açıqlayıb. Siyahıda Azərbaycan yığmasının üzvləri, “Rio-2016”nın gümüş mükafatçıları Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) liderliklərini qoruyublar. İdmançılarımız öz çəkilərində birincidirlər. Olimpiadada beşinci sırada olan Orxan Səfərov (60 kq) isə reytinqdə ikinci pillədə qərarlaşıb. Yığmamızın digər cüdoçularından Nicat Şıxəlizadə (66 kq) 8-ci, İlqar Müşkiyev (60 kq) 14-cü, Elxan Məmmədov (100 kq) 19-cudur. Bundan başqa, Məmmədəli Mehdiyev (90 kq) 20-ci, Uşanqi Kokauri (100 kiloqramdan yuxarı) 22-ci, Tərlan Kərimov 35-ci (66 kq), Aişə Qurbanlı (48 kq) isə 40-cı yerdədir. |
|
Xəbər 831 dəfə oxundu. |
|
|