Çimərlik futbolu üzrə Azərbaycan millisi Fransa yığması ilə qarşılaşıb | |
Çimərlik futbolu üzrə dünya kuboku turnirinin İtaliyanın Yezolo şəhərində təşkil olunmuş Avropa komandaları arasında seçmə mərhələsində Azərbaycan millisi ilk oyununu keçirib. Fransa yığması ilə qarşılaşan futbolçularımız 2:3 hesabı ilə məğlub olublar. Komandamızın qollarını Asif Zeynalov və İlkin Hacıyev vurublar. Millimiz turnirdə növbəti oyununu sentyabrın 4-də Macarıstan yığmasına qarşı keçirəcək. |
|
Xəbər 756 dəfə oxundu. |
|
|