“Voleybolda hər hesab qeydə alına bilər” | |
“Biz çox pis oynadıq və belə bir nəticə gözləmirdik”. İdman.com.az saytının məlumatına görə, bunu “Rabitə”nin voleybolçusu Natalya Məmmədova deyib. Bakı klubunun kapitanı Avropa Çempionlar Liqasının 1/4 final mərhələsində Türkiyənin “Fənərbağça” klubu ilə ilk matçda məğlubiyyətə münasibət bildirib: “Bu voleyboldur, oyunda hər hesab qeydə alına bilər. Türkiyədə baş tutacaq cavab matçında əla çıxış edərək, çoxsaylı azarkeşlərimizi sevindirməyə çalışacağıq”. Qeyd edək ki, dünən “Rabitə” ilk matçda evdə 0:3 hesabı ilə uduzub. |
|
Xəbər 1029 dəfə oxundu. |
|
|