Azərbaycan taekvondoçusu dünya çempionatının mükafatçısını məğlub edərək “Rio-2016”ya qələbə ilə başlayıb | |
Rio-de-Janeyrodakı XXXI Yay Olimpiya Oyunlarının on dördüncü günündə - avqustun 19-da taekvondo yarışlarında mübarizəyə qoşulan Azərbaycan idmançısı, dünya kubokunun sahibi, “Bakı-2015”in qalibi və son Avropa çempionu Milad Beigi Harçeqaninin dayanq üzərində ilk çıxışı uğurlu olub. Turnirdə 80 kiloqram çəki dərəcəsində kişilərin mübarizəsində yarışan taekvondoçumuz Milad Beigi Harçeqani səkkizdəbir final mərhələsindəki ilk görüşündə Mali idmançısı İsmael Kulibali ilə qarşılaşıb. Son iki dünya çempionatının mükafatçısı olan afrikalı idmançı ilə döyüşdə rəqibini 13:6 hesabı ilə məğlub edən təmsilçimiz dörddəbir final mərhələsinə yüksəlib. M.B.Harçeqani “Rio-2016”ya lisenziyanı cari ilin yanvarında İstanbulda keçirilmiş Avropa Olimpiya təsnifat turnirində qazanmışdı. Qeyd edək ki, 64 ölkədən 128 idmançının qatıldığı “Rio-2016”dakı taekvondo yarışlarının ikinci günündə qadınlar arasında 67 və kişilər arasında 80 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək. |
|
Xəbər 807 dəfə oxundu. |
|
|