Kollina Ukrayna hakimlərinə daha 3 il yarım başçılıq edəcək | |
Ukrayna Futbol Federasiyasının İcraiyyə Komitəsinin iclasında qərara alınıb ki, hakimlər komitəsinin sədri məşhur italiyalı referi Pyerluici Kollina ilə müqavilənin müddəti uzadılsın. İdman.com.az saytının məlumatına görə, 2 il əvvəl bağladığı anlaşmanın başa çatmasına cəmi 6 ay qalır. Federasiya prezidenti Qriqori Surkis deyib ki, italiyalı ilə 3,5 illik müqavilə imzalanacaq. Bir saat yarım hesabat verən Kollinanın vəzifəsində qalmasına komitə üzvləri yekdilliklə səs veriblər. |
|
Xəbər 2033 dəfə oxundu. |
|
|