Kəpəzin futbolçusu zədələndi | |
“Kəpəz”in futbolçusu Azad Kərimov zədələnib. Gənc müdafiəçi dünən “sarı-göylər”in AZAL-la oyun öncəsi Gəncədə keçirilən məşqində sıradan çıxıb. Klubun tibb personalının həkimi Şıxəli Həsənovun klub saytına verdiyi məlumata görə, futbolçunun baldır ayaq oynağı, eyni zamanda vətər və bağları dartılıb. Kərimova ilkin tibbi yardım göstərilib, onun vəziyyətinə təkrar müayinədən sonra aydınlıq gələcək. |
|
Xəbər 833 dəfə oxundu. |
|
|