Kamran Şahsuvarlı: Bilirəm ki, indi ən vacib döyüş olacaq | |
Azərbaycan boksçusu Kamran Şahsuvarlı Rioda 75 kiloqram çəkidə səkkizdəbir finalda rusiyalı rəqibi Artyom Çebotaryovu məğlub edərək dörddəbir finala çıxdı. Elə qələbədən dərhal sonra Kamranın bu döyüş və qarşıdakı qazaxıstanlı dünya çempionu Janibek Alimxanlı ilə görüşü barədə fikirlərini öyrəndik: - Döyüş barədə nə deyə bilərsən? - Döyüşdən qabaq çox həyəcanlı idim. Özümü toplayıb rinqə hazır oldum. Çox sağolsun məşqçılər, məni döyüşə yaxşı köklədilər və qələbə qazandım. - Növbəti döyüş elə bir döyüşdür ki, onda qalib gəlsən, ən azından medalın olacaq. Həmin döyüşdə də rəqibin qazaxıstanlı idmançıdır. Həmin rəqibi tanıyırsanmı? - Bəli, tanıyıram. Bildiyiniz kimi, mən əvvəl Qazaxıstanda qalmışam. Qazaxıstanın gənclər çempionatında bir dəfə ona məğlub olmuşam. İndi, inşallah, özümü toplayacağam və çalışacağam yaxşı döyüşüm. - İndi ondan qisas almağın vaxtıdır. Özünü bu döyüşə hazır hiss edirsənmi? - İki döyüş keçmişəm. Artıq o qədər də həyəcan olmayacaq. Bilirəm ki, indi ən vacib döyüş olacaq. - Səndən əvvəl digər idmançımız Albert Səlimovun məğlubiyyəti sənə psixoloji təsir etmədi ki? - Biz Albertlə bir otaqda qalırıq. Bir-birimizi çox yaxşı dəstəkləyirik. Onun məğlub olmağı da məni çox təəssüfləndirdi. - İndi Albertin də əvəzinə sən medal qazanmağa çalışmalısan. Sənə uğurlar arzulayırıq. Hamı səndən medal gözləyir. - Çox sağolun. Qabil Mehdiyev Rio de Janeyro |
|
Xəbər 1818 dəfə oxundu. |
|
|