Azərbaycan taekvondoçuları “Rio-2016”da iştirak etmək üçün Braziliyaya yola düşüblər | |
XXXI Yay Olimpiya Oyunlarının taekvondo yarışlarında Azərbaycanı təmsil edəcək idmançılardan Fəridə Əzizova (67 kq), Milad Beigi Hərçəqani (80 kq) və Radik İsayev (80 kiloqramdan yuxarı) avqustun 13-də Braziliyaya yola düşüblər. Digər qadın təmsilçimiz Patimat Abakarova (49 kq) və qadınlardan ibarət yığma komandanın baş məşqçisi Sun Mi Park Braziliyaya bir gün əvvəl yola düşüblər. Rio Olimpiadasının taekvondo yarışları avqustun 17-20-də keçiriləcək. Olimpiadada ölkəmiz ilk dəfə olaraq dörd idmançı - iki kişi və iki qadın taekvondoçu ilə təmsil ediləcək. Olimpiya Oyunlarında kişi idmançılarımızdan Milad Beigi Hərçəqani və Radik İsayev, qadın taekvondoçularımızdan isə Fəridə Əzizova ilə Patimat Abakarova qalib adı uğrunda mübarizə aparacaqlar. |
|
Xəbər 864 dəfə oxundu. |
|
|