İlk oyuna sərfəli nəticə üçün | |
Bu gün qadın voleybolçular arasında Avropa Çempionlar Liqasının 1/4 finalında ilk görüşlər keçiriləcək. İdman.com.az saytının məlumatına görə, son ölkə çempionu “Rabitə” evdə “Fənərbağça”nı qəbul edəcək. Azərbaycan voleybolunun baraqdarı “Azərreyl” isə səfərdə Kazan “Dinamo”su ilə qarşılaşacaq. Klublararası dünya çempionumuzun 2 matçın nəticəsinə görə “sarı-lacivərdlilər”i keçmək ehtimalı var. Bu komandaların cari mövsümdə qrup mərhələsində görüşü 1:1 bitdiyindən, “Rabitə”nin son dövrdə keçilməz rəqib sayılan “Fənərbağça”nı məğlub etmək yolunu, artıq bir dəfə tapdığından xəbər verir “Azərreyl”in işi isə müşküldür. Düzdür, zamanında qalib gələ bilmədiyi Rusiya klublarını “dəmiryolçular” axır illər üstüləsə də, “Dinamo” o asan opponentlərdən deyil. “İdman” qəzetinin mütəxəssislərinin rəyinə görə, bu cütün də taleyi “qızıl set”də həll oluna bilər. Bir məqam da var ki, 1/4 finalın gərginliyi klublarımızın məsuliyyətini 2-qat artırıb. Çünki hər hansı bir xoşagəlməzlik, voleybol azarkeşlərimizin 24-25 martda Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək “dördlər finalı”nı yerli kollektivin iştirakı olmadan seyri ilə nəticələnə bilər. Çempionlar Liqası. Qadınlar 1/4 final mərhələsi 22 fevral 17:00. “Rabitə” (Azərbaycan) – “Fənərbağça” (Türkiyə) Hakimlər: Ritvars Alksnis (Latviya), Euqen Kulhanek (Avstriya) “Sərhədçi” Olimpiya Mərkəzi 20:00. “Dinamo”K (Rusiya) – “Azərreyl” (Azərbaycan) Hakimlər: Yuraj Mokri (Slovakiya), Nikola Miçevski (Makedoniya) Sankt-Peterburq İdman Salonu |
|
Xəbər 1032 dəfə oxundu. |
|
|