“Rio-2016” Olimpiya Oyunlarının ilk günündə idmançılar 12 dəst medal uğrunda mübarizə aparacaqlar
Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarının ilk günündə idmançılar 12 dəst medal uğrunda yarışacaqlar.

Kişilər və qadınlar arasında 6 dəst medal öz sahibini tapacaq.

Kişilərin mübarizəsində velosiped idmanı (qrup şosesi), pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma, cüdo (60 kq), kamandan oxatma (komanda), 400 metr məsafəyə kompleks və sərbəst üsulla üzgüçülük yarışlarında qaliblər müəyyənləşəcək.

Qadınlar arasında isə 10 metr məsafəyə tüfəngdən atəşaçma, cüdo (48 kq), qılıncoynatma (şpaqa), ağır atletika (48 kq), 400 metr məsafəyə kompleks və sərbəst üsulla estafet yarışlarında medallar öz sahibini tapacaq.

Xəbər 1001 dəfə oxundu.