«Rio-2016»: Xərclər və gəlirlərin balansı
Olimpiya oyunları yeni robot texnologiyalarının geniş tətbiqi ilə də yadda qalacaq. Ümumiyyətlə, Oyunların investisiya fondu 29,6 milyard real (14, 25 milyard manat) olub. Onun tən yarısı özəl sektorun payına düşür. Müqayisə üçün "London-2012"-in büdcəsi 15 milyard dollar olub.

Açılış mərasiminə 127 milyon (61,13 milyon manat) bəzi mənbələrə görə 140 milyon real xərclənib. Qeyd edək ki, bütün mərasimlərə və yarışlara cəmi 7,5 milyon bilet satılacağı gözlənilir. Bu da arenaların tutumuna görə "London-2012"-dən 200 min ədəd azdır. Biletlərin qiyməti 19 manat 25 qəpikdən (40 Braziliya realı) 2214 manata (4600 real) qədərdir. 3,8 milyon biletin 70 reala (33,69 manat) satılacağı gözlənilir. Oyunlara görə ölkəyə gələnlərin sayının 600 min nəfər olacağı ehtimal edilir. Müqayisə üçün deyək ki, 2014-cü ildə futbol üzrə Dünya kuboku zamanı ölkəyə 1 milyon turist gəlmişdi.

Bütün gəlirləri nəzərə alaraq, gələn il üçün Oyunlar Braziliya iqtisadiyyatını 1,1 faiz artıracaq.

Yeri gəlmişkən, dünyada ən məşhur kriminal rayonları - böyük yoxsullar məhəllələri ilə tanınan Rioda həmin ərazilərin yenidən qurulması zamanı 1,5 milyard dollara yaxın kompensasiya ödənib. 17 minə yaxın insan bu ərazilərdən köçürülüb.

Xəbər 857 dəfə oxundu.