Böyükağa Hacıyev: Rəqib yaxşı müdafiə olunurdu | |
“Rəvan”la matçın çətin keçəcəyini bilirdim. Oyun ərzində kifayət qədər qol imkanlarımız olsa da, bunların yalnız birindən yararlandıq”. İdman.com.az saytının məlumatına görə, bu fikri “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev deyib. Unibank Premyer Liqasının XXI turuna yekun vuran matçda bakılılar evdə “Rəvan”a 1:0 hesabı ilə qalib gəlməklə, liderliyi qaytardı. Təcrübəli mütəxəssis sona yaxın qapılarına yol tapdıqları rəqibin yaxşı müdafiə olunduğunu bildirib: “Əsasən də qapıçıları inamlı təsir bağışlayırdı. Flavinyo qələbə qolunu vurmaqla komandaya vacib 3 xal qazandırdı. Əgər Denis Silva oynamaq istəmirsə, o zaman gəlib ehtiyatda otursun. Ona görə də Denis Silvanın əvəzinə meydana Cavid İmamverdiyevi buraxdım. “Neftçi”də əvəzolunmaz futbolçu yoxdur”. |
|
Xəbər 913 dəfə oxundu. |
|
|