Sumqayıt Kutaisi Torpedosu ilə heç-heçə etdi | |
Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” bu gün növbəti yoxlama oyununu keçirib. Samir Abasovun rəhbərlik etdiyi komanda Gürcüstan təmsilçisi Kutaisi "Torpedo"su ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Komandamızdan yeganə qolu hazırda düşərgədə baxışda olan cənubi azərbaycanlı futbolçu vurub. "Sumqayıt" Boluda son yoxlama oyununu iyulun 25-də keçirəcək. |
|
Xəbər 739 dəfə oxundu. |
|
|