Bakı-2020 yarışların keçiriləcəyi məkanları açıqladı | |
Bakı şəhərinin 2020-ci il Yay Olimpiya Oyunlarında yarışları keçirmək üçün nəzərdə tutduğu idman qurğuları və onların yeri müəyyənləşib. İdman.com.az saytı lent.az-a istinadən xəbər verir ki, Bakı-2020-nin Təşkilat Komitəsi bu barədə BOK-a təqdim etdiyi Sifariş Kitabında bilgi verib. Orada qeyd olunub ki, olimpiada üçün nəzərdə tutulan 26 obyektdən yarısı artıq hazırdır. Bakı Sərgi Mərkəzi (“Baku Expo Center”), Binə Mərkəzi, Milli Atıcılıq Mərkəzi, Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Tennis Mərkəzi dünya standartlarına uyğunlaşdırılıb. Gəncə, Qəbələ və Sumqayıt şəhər stadionları yenidən qurulacaq, Eurovision-2012 Beynəlxalq Mahnı Müsabiqəsini qəbul edəcək Kristal Zalı və 17 yaşadək qızlar arasında dünya çempionatının oyunlarının da təşkil olunacağı 8-ci km stadionu tikilməkdədir. Bakı Olimpiya Stadionu, Milli Su İdman növləri Mərkəzi və Milli Gimnastika Mərkəzi 2013 – 2015-ci illərdə tikiləcək. 2019-cu ildə Velosiped-Motosiklet Mərkəzi, Çoxməqsədli Arena və Xocasən gölündə Kayak-Kanoe və Akademik Avarçəkmə Mərkəzinin tikintisi nəzərdə tutulub. Eyni zamanda Biləcəridə dağ veloidmanı və bulvar ərazisi də müvəqqəti qurğular kimi istifadəyə veriləcək. Umumiyyətlə, 26 qurğudan 21-i olimpiya kəndindən 20 dəqiqəlik məsafədə yerləşəcək. Beynəlxalq Yayım və Media Mərkəzi də olimpiya kəndində yerləşəcək. Bakı-2020 qalib gələrsə, «dördilliy»in ən böyük idman bayramının keçiriləcəyi məkanlar aşağıdakılardır: Qeyd edək ki, Bakı şəhərinin 2020-ci il Yay Olimpiya və Paralimpiya Oyunlarını keçirmək istədiyi tarix də müəyyənləşib. Beynəlxalq Olimpiya Komitəsinə təqdim olunan Sifariş Kitabında Yay Olimpiya Oyunlarının açılış mərasiminin 2020-ci il iyulun 17-də keçiriləcəyi göstərilib. Olimpiadanın bağlanış mərasiminin avqustun 2-də təşkili nəzərdə tutulub. Avqustun 13-də isə Yay Paralimpiya Oyunları start götürməlidir. Bu tədbir avqustun 24-dək davam edəcək. 2020-ci il Yay Olimpiya Oyunlarına Bakıdan əlavə, Doha (Qətər), İstanbul (Türkiyə), Madrid (İspaniya) və Tokio (Yaponiya) şəhərləri də iddialıdır. 2012-ci il mayın 23-də Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Kanadanin Kvebek şəhərindəki iclasında bu şəhərlər arasından “short list” (“qısa siyahı”) seçəcək. Qalib şəhərin adı isə 2013-cü il sentyabrın 7-də İOC-un Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək sessiyasında açıqlanacaq. Oxatma və reqbi - 12 min nəfərlik 8–ci km qəsəbə stadionunda; Açılış və bağlanış mərasimi, atletika, futbol (final) - 80 min nəfərlik olimpiya stadionunda; Suya tullanma, üzgüçülük, sinxron üzgüçülük, su polosu, müasir beşnövçülük (üzgüçülük) yarışları - 12 min nəfərlik Milli Su İdman növləri Mərkəzində; Açıq suda üzgüçülük və triatlon - Bakı buxtasında; Badminton və bədii gimnastika - 6 min nəfərlik Milli Gimnastika Mərkəzində; Basketbol, qılıncoynatma, müasir beşnövçülük (qılıncoynatma), həndbol, stolüstü tennis, taekvondo, ağırlıqqaldırma - 15 min nəfərlik Bakı Sərgi Mərkəzində; Boks - 8 min nəfərlik Heydər Əliyev adına İman-Konsert Kompleksində; Kanoe–kayaq (slalom, spirint) və akademik avarçəkmə - Xocəsən gölü ətrafında salınacaq 12 min nəfərlik avarçəkmə mərkəzində; Velosipet idmanı - 5 min nəfərlik Velosiped-Motosiklet Mərkəzində; Dağ velosipedi - 2 min nəfərlik Biləcəri Dağ Veloidman Qurğusunda; Veloyürüş – Milli Park ətrafında; Velotrek - 5 min nəfərlik velodromda; Atçılıq, otüstü hokkey, Müasir beşnövçülük (Atçılıq) - 12 min nəfərlik Binə Mərkəzində; Futbol üzrə seçmə oyunlar - 15 min nəfərlik Qəbələ və Sumqayıt, 25 min nəfərlik Gəncə şəhər stadionlarında və 32 min nəfərlik Tofiq Bəhramov adına Respublika stadionunda; Qolf - 2 min nəfərlik Bakı Arzular Adasında; İdman gimnastikası və tramplin gimnastikası - 12 min nəfərlik Gimnastika Arenasında; Güləş və cüdo - 25 min nəfərlik Kristal Zalında; Yelkən idmanı – Bakı Yelkən İdmanı mərkəzində (Yaxt klub); Atıcılıq - 3 min nəfərlik Milli Atıcılıq Mərkəzində; Tennis - 21250 nəfərlik Tennis Mərkəzində; Çimərlik Voleybolu - Milli Parkda; Voleybol - 15 min nəfərlik Bakı Çoxməqsədli Arenada |
|
Xəbər 1388 dəfə oxundu. |
|
|