Azərbaycan şahmatçısı Gideon Yafet Memorialında liderlik edir
Qüdsdə şahmat üzrə Gideon Yafet Memorialı başa çatmaq üzrədir. Yarışın mükafat fondu 55 min şekeldir.

“A” turnirində son turdan əvvəl Azərbaycan qrossmeysteri Arkadi Naydiç liderlik edir. O, mümkün 6 xaldan 5,5 xal toplayıb. Rusiyalı Mixail Antipov, Daniil Yuffa, israilli Tal Baron, Tamir Nabati və Aleksandr Xuzman ondan bir xal geri qalır.

Sonuncu turun püşkatmasına əsasən qara fiqurlarla oynayacaq Arkadi Naydiç Mixail Antipovla qarşılaşacaq.

Xatırladaq ki, open “A” turnirində 6 ölkədən 50 şahmatçı, o cümlədən 12 qrossmeyster iştirak edir.

Gideon Yafet Memorialı İsveçrə sistemi üzrə 7 turda keçirilir.

Xəbər 684 dəfə oxundu.