UEFA-nın ekspertləri “Avro-2016”nın ən yaxşı qolunu açıqlayıblar
Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) texniki müşahidə qrupu Fransada keçirilmiş qitə birinciliyinin ən yaxşı qolunu açıqlayıb.

“UEFA.com” saytının məlumatına görə, 1/8 finalda İsveçrə yığmasının yarımmüdafiəçisi Cerdan Şakirinin Polşa komandasının qapısına vurduğu qol “Avro-2016” yarışında ən yaxşı qol sayılır.

UEFA-nın 12 ekspertdən ibarət texniki müşahidə qrupuna İoan Lupesku rəhbərlik edir.

Azarkeşlər isə “Avro-2016”da Zoltan Geronun qolunu ən yaxşı hesab edirlər. İoan Lupesku deyib: “Texniki müşahidəçilər futbolçunun təkcə akrobatik məharətini deyil, həm də topu qapıdan necə keçirməsini qiymətləndiriblər. Cerdan Şakirinin qolu Avropa çempionatının ən parlaq hadisələrindən biridir”.

Xəbər 675 dəfə oxundu.