Cüdo üzrə millimizin təlim-məşq toplanışı davam edir
Cüdo üzrə Azərbaycan milli komandası Şahdağ Qış-Yay Turizm Kompleksində təlim-məşq toplanışında iştirak edir.

“Rio-2016” Yay Olimpiya Oyunlarına hazırlıqlarını davam etdirən cüdoçularımız gün ərzində iki dəfə məşq keçirlər.

Azərbaycanda iyulun 17-də təlim-məşq prosesini başa vuracaq milli komandamız daha sonra Almaniyaya yollanacaq. Cüdoçularımız hazırlıqları Berlin şəhərində davam etdirəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Xəbər 833 dəfə oxundu.