“Onlar Azərbaycan futbolunun gələcəyidirlər” | |
“Sumqayıt”la oyunda komandamdan razı qaldım. Bu gün vacib olan qələbəni qazandıq”. İdman.com.az saytının məlumatına görə, bu fikri “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib. “Bankçılar” Unibank Premyer Liqasının XXI turunda evdə “Sumqayıt”a 2:0 hesabı ilə qalib gələrək, liderliyə yüksəldi. Gürcüstanlı mütəxəssis hesabı açdıqlarından 1 dəqiqə sonra futbolçusu Arif Daşdəmirovun qırmızı vərəqə almağına baxmayaraq, komandasının “sınmamağı” sevindirir: “Sözsüz ki, qırmızı vərəqə oyuna təsirini göstərdi. Bundan sonra meydanda taktiki planda yerdəyişmələr etməli olduq. Ancaq komandamız azlıqda qalmağına baxmayaraq, sona kimi mübarizə apardı və daha 1 qol vura bildik. Onun belə əzmkar oyunu məni razı saldı. Matçda 2 dəfə yerdəyişmələr etməyimizə baxmayaraq, futbolçularımız sona kimi düzgün oynadılar. Əsas odur ki, səhv etmədik, qapımızdan qol buraxmadıq”. Gürcü çalışdırıcı ölkə çempionatında debüt mövsümünü keçirən rəqibə ruhdan düşməməyi tövsiyə edib: “Sumqayıt” gənc komandadır, heyəti əsasən gənc futbolçulardan təşkil olunub. Onlar Azərbaycan futbolunun gələcəyidirlər. Sadəcə, hələ ki təcrübələrinin yetərli olmamağı sözünü deyir”. |
|
Xəbər 972 dəfə oxundu. |
|
|