Synergy Bakunun üzvü Rumıniyada 1-ci oldu
Rumıniyada Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Sibiu” Velosiped Turu sona yaxınlaşmaq üzrədir. Yarışın dağa fərdi ötüşmə üzrə 6,8 km-lik 3-cü mərhələsi komandamızın üzvü Kiril Pozdnyakovun qələbəsilə yadda qalıb.

Məsafəni 16 dəqiqə, 21 saniyəyə qət edən velosipedçimiz bununla da ən yaxın izləyicisi, İtaliyanın “Androni Giocattoli” pro-kontinental komandasının üzvü Alesio Talianini 6 saniyə qabaqlamaqla mərhələnin qalibi olub.

Bu mərhələdəki uğurlu çıxışı sayəsində “Synergy Baku”nun üzvü ən yaxşı dağ velosipedçilərinin mübarizəsində 3-cü yerə yüksəlib. 19 komandanın iştirak etdiyi “Sibiu” turuna sabah yekun vurulacaq. Qeyd edək ki, yarışda komandamız 5 velosipedçi – Elçin Əsədov, Matiya Kvasina, Kiril Pozdnyakov, Matey Müqerli və Yosip Rumaçla təmsil olunur.

Xəbər 699 dəfə oxundu.