Sumqayıt Şuşa-Qarabağla yoxlama oyunu keçirib | |
"Sumqayıt" 2016/2017 futbol mövsümü üçün hazırlığını baş məşqçi Samir Abasovun rəhbərliyi altında gündə iki dəfə olmaqla davam etdirir. Komanda təlim-məşq toplanışının 1-ci mərhələsi dövründə ilk yoxlama oyununu keçirib. "Sumqayıt" "Şuşa-Qarabağ"ı minimal hesabla üstələyib. Oyunda yeganə qolu Mirabdulla Abbasov vurub. Qeyd edək ki, komanda növbəti yoxlama oyununu iyulun 10-da "Zirə"yə qarşı keçirəcək. Qarşılaşma saat 18:30-da "Sumqayıt"ın doğma stadionunda baş tutacaq. |
|
Xəbər 674 dəfə oxundu. |
|
|