Məktəbyaşlı uşaqlarda fiziki təhsil və ilkin öyrətmə anlayışı | |
Fiziki tərbiyə hərəkətverici bacarığın təliminin təkmilləşdirilməsi, onunla əlaqədar olan biliklərin yaranmasına doğru yönəldilmiş bir pedoqoji fəaliyyət olmaqla müəllimin səyi və şagirdlərin fəal iştirakı nəticəsində həyata keçirilir. Fiziki tərbiyə sayəsində mərkəzi sinir sistemi, daxili orqanlar və əzələlərin intensiv fəaliyyəti şagirdlərin hərtərəfli inkişaf etməsinə səbəb olur. Fiziki tərbiyəni ayrı-ayrı yaşlarda müxtəlif vəzifələri olur. Fiziki tərbiyə gigiyena, anatomiya, fiziologiya, biokimya və digər elmlərə istinad edilərək həyata keçirilir. Metodiki prinsiplər və fiziki keyfiyyətlər fiziki tərbiyənin əsas kompanentləri sayılır. Şagirdlərdə çevikliyi,sürəti, qüvvəni, dözümlüyü, elastiklik və cəldlik kimi keyfiyyətləri aşılayır. Məktəbyaşlı uşaqlarda fiziki təhsil və ilkin öyrətmə anlayışı çevikliyi, sürəti, qüvvəni, dözümlüyü, elastiklik və cəldlik kimi keyfiyyəti aşılayır. Fiziki keyfiyyətin inkişafında orqanizmin qanunauyğun dəyişikliyi, qida rejim şəraiti də mühüm rol oynayır. Fiziki keyfiyyətlərin inkişaf etdirilməsində şagirdlərin bütün xüsusiyyətləri sağlamlıq, yaş, cins, xarici və daxili faktorlar nəzərə alınmaqla məqsədəuyğun fiziki hərəkətlərdən, xüsusilə gimnastika, idman, mütəhərrik oyunları elementlərindən istifadə edilməlidir. İlkin öyrətmə mərhələsi; I-IV siniflərdə öyrədilən hərəkətləri izləmək, diqqətli olmaq, hərəkətləri canlandırmaq üsulundan geniş istifadə edilməlidir. Hərəkətlər bütün göstərilməli, uşaqlar düşünməyə məcbur edilməli, dərs oyun metodu əsasında aparılmalıdır. Hərəkətlərin icrası zamanı şəraitin dəyişilməsinə, bir hərəkətdən digər hərəkətə keçmə bacarığına fikir verilməli və təkrar metodundan istifadə edilməli. Vasitələr: Mütəhhərik oyunlar, siqnalla hərəkəti dəyişmək. Toplarla hərəkət, kiçik topu hədəfə atmaq, müvazinət hərəkətləri və s. aiddir. V-VIII siniflərdə uşaqların qüvvəsi xeyli artır, əzələlər statiki yükə uyğunlaşır, sinir fəaliyyətinin mütəhərrikliyi ilə əlaqədar olaraq surət, qüvvə hərəkətlərini icra etmə bacarığı yüksəlir. Elastikliyi inkişaf etdirərkən böyük amplidudalı hərəkətlər ehtiyatla verilməli və terminlərlə başa salınmalıdır. Bu dövrdə əsasən uzun sürməyən hərəkətlər, qısa məsafələrə istirahətlə qaçış, idman oyunları, cisim tullama, dartınma, tullanma, müvazimət hərəkətləri və mütəhərrik oyunlardan istifadə edilməlidir. IX-XI siniflərdə qüvvə dözümlüyü yüksəlir və hərəkət reaksiyasına cavab verir, sürət yaxşı inkişaf edir, elastiklik növü sönməyə başlayır. Bunu nəzərə alaraq hər dərsdə elastikliyi inkişafetdirici hərəkətlər verilməlidir. Müqavimət və sürət etibarı ilə ümumiinkişaf hərəkətlər ağırlıq qaldırma, yadro itələmə, tullanma, qısa məsafələrə təkrar qaçış, güləş elementlərindən istifadə edilməli və texniki detallar möhkəmləndirilməlidir. Dəyişən şəraitdə oyun və yarış metodundan istifadə edilməli, dərsin məzmunundan asılı olaraq əyanilik və fərdilik metoduna üstünlük verilməlidir. Kamalədin İsmayılov Naxçıvan Muxtar Respublikasının “Əməkdar bədən-tərbiyəsi və idman xadimi” |
|
Xəbər 815 dəfə oxundu. |
|
|