Serb mütəxəssis yeni futbolçulara şans verəcək | |
“Azərbaycanla oyun daha çox yığmamızın yeni futbolçularına lazımdır”. İdman.com.az saytının məlumatına görə, bu sözü Sinqapur milli komandasının baş məşqçisi Radoyko Avramoviç deyib. Serbiyalı mütəxəssis fevralın 24-də Azərbaycanla keçiriləcək yoxlama oyununu daha çox yeni futbolçuların özünü göstərməsi baxımından maraq kəsb etdiyini bildirib: “Onlar öz oyunlarını yaxşılaşdırdıqlarını sübut etməlidirlər. Bunu bacarsalar, seçmə oyunlarında da şans qazanacaqlar. Hər bir insan ona düşən imkandan maksimum yararlanmalıdır”. Qeyd edək ki, Azərbaycan – Sinqapur oyunu fevralın 24-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək. |
|
Xəbər 1024 dəfə oxundu. |
|
|