Şahmatçılarımız Batumi Şəhər Bələdiyyəsi Kuboku festivalının mükafatları uğrunda yarışırlar | |
Batumidə “Batumi meriyası kuboku-2016” Beynəlxalq Şahmat Festivalı başlanıb. Festivalın proqramına müxtəlif format və yaş kateqoriyalarında 10 tur daxildir. Ən güclü “A” Open (FIDE reytinqi 2200-dən yuxarı) turnirində 8 ölkədən 44 şahmatçı, o cümlədən Azərbaycanın FIDE təmsilçiləri Maqomed Muradlı, Murad Nuri, Xanım Balacayeva və ustalığa namizəd Kənan Qarayev mübarizə aparırlar. İki turdan sonra turnirdə 7 şahmatçı, o cümlədən 2 xal toplamış Maqomed Muradlı liderlik edir. Azərbaycanın digər təmsilçilərinin hər birinin aktivində 1 xal var. Turnirdə 9 qrossmeyster və 12 beynəlxalq usta iştirak edir. Şəhər Bələdiyyəsi Kuboku Beynəlxalq Festivalı İsveçrə sistemi üzrə 9 turda keçirilir. |
|
Xəbər 691 dəfə oxundu. |
|
|