2 iyul - İdman Jurnalistikası Günüdür
Hər il iyulun 2-si İdman Jurnalistikası Günü kimi qeyd edilir.

1924-cü ildə həmin gün Parisdə Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (İnternational Sports Press Association - AIPS) yaradılmışdır. Hazırda dünyanın 130 dövlətinin idman jurnalistlərinin milli birlikləri bu assosiasiyanın üzvləridir.

İdman Jurnalistikası Günündə AIPS və idman jurnalistlərinin milli assosiasiyaları təntənəli yığıncaqlar keçirir, idman sahəsində kütləvi informasiya vasitələrinin ən yaxşı nümayəndələrinə mükafatlar təqdim edilir.

Qeyd edək ki, AIPS-nin 77-ci konqresi 2014-cü ildə Azərbaycanın paytaxtı Bakıda keçirilmişdir.

Xəbər 625 dəfə oxundu.