Kseniya komandasına 1 xal qazandırdı | |
Qadın voleybolçular arasında İtaliya “A” seriyasında XVIII turun oyunları keçirilib. İdman.com.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan milli komandasının voleybolçusu Kseniya Kovalenkonun çıxış etdiyi “Kariparma” səfərdə “Foppapedretti”nin qonağı olub. Gərgin keçən görüşdə ev sahibləri çətin qələbə qazanıblar – 3:2 (25:22, 21:25, 23:25, 25:23, 15:11). Həmyerlimiz bu matçda zəif təsir bağışlayıb. O, Berqamo təmsilçisindən cəmi 1 xal ala bilib. Qeyd edək ki, bu görüşdən sonra “Kariparma” 20 xalla 9-cu pillədəki yerini qoruyub. |
|
Xəbər 1275 dəfə oxundu. |
|
|