U-19 qızlar Liqasının 2015/2016-cı il mövsümünün qalibləri mükafatlandırılıb
Bayıl stadionunda AFFA-nın təşkil etdiyi futbol üzrə U-19 qızlar Liqasının 2015/2016-cı il mövsümünün qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

U-19 qızlar Liqasının qalibi “Təhsil” komandası olub. İkinci yeri “Fidan”, üçüncü pilləni isə “Vətən” komandası tutub.

Liqanın ən yaxşı futbolçusu Fəridə Məmmədova (“Vətən”) seçilib, bombardir isə “Fidan” komandasının üzvü Nigar Cəlilli olub.

Mükafatları AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, futbol veteranı Rüstəm Rəhimov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai və müğənni Samirə Allahverdiyeva təqdim ediblər.

Xəbər 873 dəfə oxundu.