Braziliya Qran-prisinin təşkilatçıları Formula-1 ilə müqavilənin müddətini 2025-ci ilə qədər uzatmaq istəyirlər | |
Braziliya Qran-prisinin təşkilatçıları “İnterlaqos”un Formula-1 təqvimindən çıxarılması barədə ehtimalları yox etməyə tələsiblər. Tras rəhbərliyinin fikrincə, avtodromun yenidən qurulması bu il noyabrın 11-13-də keçiriləcək Braziliya Qran-prisinə qədər başa çatacaq. Braziliya tərəfi müqavilənin müddətinin uzadılacağına ümid bəsləyir. Qran-pri təşkilatçılarının mətbuat üçün məlumatında deyilir: “Mövcud müqavilə 2020-ci ilə qədər qüvvədədir. Gözlənildiyinə görə, bu il keçiriləcək bələdiyyə seçkilərindən sonra “F-1”in kommersiya hüquqlarının sahibləri ilə Beynəlxalq Avtomobil Federasiyası (FIA) arasında sazişin müddətinin daha beş il uzadılması barədə danışıqlar aparılacaq”. |
|
Xəbər 918 dəfə oxundu. |
|
|