Millimizin futbolçusu məğlubiyyətin şahidi oldu | |
21 yaşlı futbolçulardan ibarət milli komandamızın oyunçusu Cihan Özqara Türkiyə Superliqasında növbəti matçına çıxıb. İdman.com.az saytının xəbərinə görə, yığmamızın futbolçusunun çıxış etdiyi "Sivasspor" klubu səfərdə "Fənərbağça"nın qonağı olub. Görüş 4:2 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Matçın 70-ci dəqiqəsində meydana çıxan Cihan, komandasına kömək edə bilməyib. |
|
Xəbər 894 dəfə oxundu. |
|
|